00:00:00
Yazar
Admin User
19.09.2025 15:08 226 2 dəq oxuma
Siyasət

“Türkiyə-İran münasibətləri faktiki olaraq bu günkü gün ən yüksək səviyyədədir”

“Türkiyə-İran münasibətləri faktiki olaraq bu günkü gün ən yüksək səviyyədədir”

Türkiyə və İran Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Məsud Pezeşkianın sentyabrın 15-də Qətərin paytaxtı Dohada çəkilən fotosu İranda hələ də müzakirə mövzusu olaraq qalır.


Mövzu ilə bağlı siyasi şərhçi Yusif Bağırzadə “İnformator.az”a açıqlamısanda bildirib ki, Türkiyə-İran münasibətləri faktiki olaraq bu günkü gün ən yüksək səviyyədədir:

 

“Baxmayaraq ki, bu bəzən Suriya məsələsində və digər məsələlərdə bu iki dövlətin xarici siyasət kursları üst-üstə düşmür. Ancaq faktiki olaraq bir günə İranın yeni Prezidenti cənab Pezeşkian hakimiyyətə gələndən sonra onun bir devizi vardır ki, bu qonşu dövlətlərlə, Türkiyədən, Pakistandan, Azərbaycandan və Rusiyanın digər dövlətlərlə dostluq, qardaşlıq münasibətləri daha dərin və geniş olmalıdır. İran dövləti bu münasibətlərdən yararlanmalıdır. İslam Əməkdaşlıq Təşkilatında da Türkiyə və İran bir platformadadır. İsraillə olan münasibətlərdə də İran və Türkiyə eyni platformadadır. İsrail İranın nüvə obyektləri aviabombalardan hücuma məruz qalanda Türkiyə tərəfi bununla əlaqədar öz narahatlığını bildirib”.

 

Həmçinin şərhçi qeyd edib ki, İranla Türkiyə arasında böyük ticarət mübadiləsi var:

 

“Türkiyə İrandan kifayət qədər böyük həcmdə neft məhsulları alır. Onunla əlaqədar İran Türkiyə münasibətlərdə yüksək səviyyədədir. Qətərin paytaxtı Dohada keçirilən görüşdə bu İranın Prezidenti Pezeşkianın cənab Ərdoğanla isti görüşməsi bu regionda güc sahibi olan və belə İslam dünyasının ağsaqqalı olan Ərdoğanla münasibətidir. Bunu belə qəbul etmək lazımdır. Xarici siyasətdə də, daxili siyasətdə də özünü göstərir. Ancaq axır zamanlar cənab Pezeşkianın nüfuzu artır və Təhlükəsizlik Şurasının katibi Şamxan Laricani dəyişdirildikdən sonra bildiyiniz kimi əvvəl cənab Ləricanla cənab Pezeşkian bir yerdə işləyiblər və Laricani ailəsi beş qardaş kifayət qədər İranda nüfuz ailədir və İranın Təhlükəsizlik Şurasının katibi rəhbəri səviyyəsinə işə gətirilməsi, o biri tərəfdən də İranın hərbi sənaye kompleksinin ali dini rəhbər Prezidenti cənab Pezeşkiana həvalə etməsi, bu Pazeşkianın nüfuzunun artmasından irəli gəlir. Həm xaricdə də, həm İran daxilində də Pezeşkian reformator qanadını təmsil edir. İranın ona görə də günü-gündən nüfuzu artan bir dövlət başçısının bu Qətərdə Türkiyənin Prezidentə olan münasibəti İran daxilində də, bəzi mətbuatlarda da müsbət qarşılanıb. Yəni bugünkü gün düzdür, bu İranın məsələsi parlamentinin sədri Kürdəsilli Qalibaf bu və ya digər formada cənab Pezeşkianın xarici kursunu və yaxud daxili kursunu pisləmək istəyir. Bu da ondan əmələ gəlir ki, Qalibaf Prezident seçkilərində cənab Pezeşkiana rəqib olub. Ancaq kifayət qədər böyük səslə cənab Pezeşkiana uduzub. Ona görə də bu iki dövlət arasında münasibətlər artan, yəni daha dostluq, qardaşlıq istiqamətdə inkişaf edəcəkdir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər