Türkiyə-İran münasibətlərində yeni yaxınlaşma dövrü başlayır?
Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən gün etdiyi birgünlük səfər çərçivəsində İranın xarici işlər naziri Abbas Arakçi və prezident Məsud Pəzeşkiyan ilə görüşüb.
Fidan həmçinin İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə də bir araya gəlib. Xüsusilə Fidan–Arakçi görüşü həm vaxtlama, həm də verilən mesajlar baxımından diqqət çəkib. Son bir il ərzində Suriya və Cənubi Qafqazda baş verən proseslər tarixi olaraq bölgədə rəqabət aparan Türkiyə və İranın qarşı-qarşıya mövqe tutmasına səbəb olub.
BBC NEWS
Səmayə Səftərova