00:00:00
Yazar
Admin User
28.10.2023 16:44 356 2 dəq oxuma
Dünya

Türkiyə-İsrail münasibətləri yenə soyuyacaq

Türkiyə-İsrail münasibətləri yenə soyuyacaq

“Ərdoğan Türkiyə ilə İsrail arasında münasibətlərdəki böhrana baxmayaraq, həmişə təmaslarını saxlayıb”.

 

Bu sözləri Arb 24-ə açıqlamasında Yaxın və Orta Şərq üzrə ekspert Stanisliv Tarasov söyləyib.

 

“2010-cu ildə “Mavi Mərmərə” hadisələrindən sonra iki ölkə arasında ticarət mübadilələri dəfələrlə artıb. Türkiyə hətta Rusiya ilə “təyyarə böhranı” zamanı da İsrail bazarına neft tədarükünü davam etdirib”.

 

Ekspert Vladimir Sotnikov isə qeyd edir ki, Ərdoğanın İsrail səfərinin ləğvi ilə bağlı açıqlamalarına gəlincə, əslində bu, heç vaxt planlaşdırılmayıb.

 

“İyulda Netanyahu guya səfər edəcəkdi, amma sonra xəstələndi. Türkiyənin verdiyi açıqlamalar əvvəlki dövrlə müqayisədə daha təmkinli idi. Bunun iki səbəbi var. Birincisi, region ölkələri ilə normallaşma prosesi gedirdi. İkincisi, Türkiyənin bəzi ölkələrindən iqtisadi gözləntiləri vardı. Hazırda isə orta və uzunmüddətli perspektivdə Türkiyə üçün ən arzuolunmaz ssenari bunun Qəzza ilə məhdudlaşmayaraq, İsrail və İran arasında qaynar qarşıdurmaya çevrilməsi olacaq. Bu ssenari həm iqtisadi, həm siyasi, həm təhlükəsizlik, həm qaçqın məsələsi, həm də Suriya baxımından bir çox arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu isə Türkiyə üçün böyük riskdir”.

 

Ekspert Remzi Çetin isə düşünür ki, baş verən proseslər gələcəkdə Türkiyə ilə İsrail arasında normallaşma prosesində irəliləyiş deyil, geriləmənin olacağına işarə edir.

 

“Enişi göstərəcək ən bariz addım isə tərəflərin səfirlərini geri çəkməsi olacaq. İsrailin Ankaradakı səfiri İrit Lillian, ölkənin diplomatik binalarına qarşı etirazların artmasından sonra təhlükəsizliklə bağlı narahatlığını əsas gətirərək Türkiyəni tərk edib. Lakin diplomat hələ də İsrailin Türkiyədəki səfiri vəzifəsini davam etdirir və onun Ankaranı tərk etməsi İsrailin siyasi reaksiyanın nəticəsi deyil. Eyni şəkildə Türkiyənin İsraildəki səfiri Şakir Torunlar da vəzifədədir. Səfirlərin geri çəkilməsi ilə bağlı nə Türkiyə, nə də İsraildən hələlik heç bir qərar yoxdur. Aydındır ki, ikitərəfli münasibətlərin və normallaşmanın gələcəyi Qəzzada qarşıdurmaların inkişafından və Türkiyə-İsrail xəttində qarşılıqlı müzakirələrin intensivliyindən asılı olaraq müəyyənləşəcək”.

 

VÜSALƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər