Türkiyə oxatanlarından Paris 2024-də ilk medal
Mete Gazoz, Muhammed Abdullah Yıldırmış və Ulaş Berkim Tümerdən ibarət Türkiyənin Klassik Yay Kişi Milli Komandası Paris 2024 Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Fransanın paytaxtı Parisdəki “Les Invalides”də keçirilən yarışlarda Mete Gazoz, Muhammed Abdullah Yıldırmış və Ulaş Berkim Tümerdən ibarət milli komanda Wenchao Kao, Zhongyuan Li və Yan Wang-ın təmsil olunduğu Çinlə üz-üzə gəlib.
İlk setdə 55-54 hesabı ilə qalib gələn milli ikinci setdə 57-56 hesabı ilə uduzub. Üçüncü setdə Çini 55-54, dördüncü setdə isə 56-54 hesabı ilə geridə qoyan Klassik Yay Kişi Milli Komandası hesabı 6-2-yə çatdıraraq bürünc medal qazanıb.
Oxatanlar Paris 2024-də Türkiyəyə ilk medalı qazandırmaq sevincini yaşayıblar.
Mənbə: TRT Haber
Zəhra Həsənova
