00:00:00
Yazar
Admin User
12.11.2025 16:35 120 2 dəq oxuma
Siyasət

Türkiyə Prezident Aparatı: C-130 təyyarəsi qəzasının səbəbləri araşdırılır

Türkiyə Prezident Aparatı: C-130 təyyarəsi qəzasının səbəbləri araşdırılır

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran bildirib ki, Gürcüstanda C-130 tipli hərbi yük təyyarəsinin qəzası ilə bağlı səbəblər həssaslıqla araşdırılır. Qəza nəticəsində təyyarədə olan 20 hərbi personalın təhlükəsizliyi və regionda əməliyyatların davamlılığı diqqət mərkəzində saxlanılır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Fuad Abbasov bildirib ki,bu aktivləşmə nəticəsində Türkiyənin müəyyən bir təsir mexanizmi formalaşıb, lakin istənilən türk təyyarəsinin Cənubi Qafqaz bölgəsinə enməsi və xüsusilə hərbi yüklərin daşınması Rusiyanı qıcıqlandırır:

 

"Hesab edirəm ki, təyyarənin Azərbaycanın Gəncə şəhərindən qalxıb Gürcüstan ərazisində qəzaya uğramasının əsas səbəbi Rusiyanın Türkiyəyə olan qısqanclığı ilə bağlıdır. Əlbəttə, Türkiyə Prezidenti Administrasiyası məsələ ilə bağlı açıqlama verib, qəzanın texniki səbəblərdənmi, insan faktorundanmı, yoxsa xarici müdaxilə iləmi bağlı olduğunu araşdıracağını bildirib. Amma mən bir jurnalist olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin yüksək texniki tələblərini, təhlükəsizlik standartlarını və bu məsələyə ciddi yanaşmasını nəzərə alsaq, düşünürəm ki, bu nə texniki nasazlıq, nə də insan səhvi ilə bağlıdır. Bu qəza, daha çox Rusiyanın bölgədəki hökmranlığını davam etdirmək və Türkiyəyə bir mesaj vermək niyyəti ilə əlaqədardır: "Bu ərazi bizim nəzarət zonamızdır, sizin buraya təyyarə göndərməniz arzuolunan deyil."Digər tərəfdən, bu qəza Gürcüstan, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda əməkdaşlığını daha da möhkəmləndirəcək. Çünki qəzanın araşdırılması üçün komissiyalar yaradılacaq və bu komissiyaların fəaliyyəti bölgənin təhlükəsizlik strukturunun yenidən qurulmasına səbəb olacaq.

 

Bilirik ki, Bakı–Ceyhan boru xətti Tiflis üzərindən keçir və ümumilikdə, Azərbaycan–Gürcüstan–Türkiyə əməkdaşlığı uzun illərə dayanır. Bu əməkdaşlıq Tahir Ələdin dövründən başlayıb və bu günə qədər davam edir. Belə hadisələr isə əməkdaşlığı daha da möhkəmləndirə bilər.

 

Təbii ki, bu qəza Türkiyədə hərbi aviasiya strukturlarının və təhlükəsizlik standartlarının bir daha gözdən keçirilməsinə səbəb ola bilər. Çünki qəza baş verən təyyarə köhnə olsa da, NATO standartlarına uyğun idi. Bu baxımdan, təyyarə parkının yenilənməsi məsələsi də Türkiyənin gündəminə gələ bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər