00:00:00
Yazar
Admin User
13.10.2025 18:55 91 2 dəq oxuma
Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirə səfəri

"APA"nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərinə görə, Türkiyə Prezidenti Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar keçiriləcək sammitdə iştirak edib. Oktyabrın 13-də Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar sammit keçirilib.

 

Mövzu ilə baglı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,Türkiyənin Qəzzada keçiriləcək sammitdə iştirakı əslində təəccüblü olmamalıdır:

 

"Çünki Qəzzada müharibə başlayandan bəri ilk günlərdən etibarən sülhün təmin olunması üçün ən çox çalışanlardan biri məhz rəsmi Ankara olub. Bu baxımdan əlbəttə ki, orada Türkiyə olmalıdır. Bu həm də Türkiyənin proseslərin əsas oyuncusu olması və həm də regionda olmasını simvolizə edən addımdır. Türkiyənin tədbirdə iştirak eləməyi-eləməməyi ayrılıqda İsrail-Fələstin münasibətlərinə təsiri təbii ki, olmayacaq. Amma bütöv mənada Türkiyə İsraillə Fələstin arasında, ümumiyyətlə dünya ölkələri arasında münasibətlərin normallaşması istiqamətində kifayət qədər həll edici və müstəsna əhəmiyyətə malikdir. Və bu təkcə İsrail - Fələstin müharibəsinə aid deyil. Bu Rusiya - Ukrayna müharibəsinə, Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılmasına aiddir. Ümumiyyətlə Türkiyə dünyada sülhün və sabitliyin tərəfdarıdır. Türkiyənin ABŞ-lə münasibətləri İsrail üçün bir növ çəkindiricidir. Eyni zamanda Türkiyə ədalətin tərəfindədir. Yəni, Türkiyənin hazırki hərbi, siyasi imkanlarını nəzərə alsaq, həqiqətən də, Fələstinlə İsrail arasında müəyyən münasibətlərin normallaşmasına töhfə verə bilər.

 

Əgər biz hansısa regional məsələdən, dinamikadan danışırıqsa, bu hansısa bir tədbirə bağlı olmamalıdır. Regional dinamikanın inkişafı situatif məsələdən asılı ola bilməz. Bu daha geniş mənada, 2 tərəfli və 3 tərəfli münasibətlərdən asılıdır, münasibətlərin gələcək inkişaf dinamikasından asılıdır. Biz buna görə də sırf sammitdən danışa bilmərik. Amma bütün hallarda, təbii ki, bu sammitdə iştirak Azərbaycan, ABŞ və Türkiyənin 2 tərəfli və 3 tərəfli münasibətləri, o cümlədən, regional dinamikaları müzakirə etməsi üçün mühüm əhəmiyyətə malikdir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər