Türkiyə, Qətər, Misir və Trampın səylərini yüksək qiymətləndiririk
HƏMAS-dan verilən yazılı açıqlamada Fələstinli qruplarla aparılan ciddi danışıqlardan sonra Qəzzada atəşkəs razılaşmasının əldə edildiyi təsdiqlənib.
Bəyanatda, “Həmas Qəzzada müharibənin dayandırılmasını, işğalçıların geri çəkilməsini, yardımların daxil olmasını və əsirlərin mübadiləsini nəzərdə tutan razılaşmanın əldə edildiyini elan edir.
Bəyanatda vasitəçilərə təşəkkür edilərək, "Qətər, Misir və Türkiyədəki vasitəçi qardaşlarımızın səylərini çox yüksək qiymətləndiririk. Müharibəyə son nöqtəni qoymağı və işğalçı İsrail ordusunun Qəzza zolağından tamamilə çıxarılmasını hədəfləyən ABŞ prezidenti Donald Trampın səylərini də təqdir edirik" dedi.
Tramp atəşkəs razılaşmasının qarant dövlətləri, müxtəlif ərəb və islam ölkələri və beynəlxalq dairələrə müraciət edərək, İsrail hökumətini saziş çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə və razılaşdırılmış məsələlərin həyata keçirilməsindən yayınmasına imkan verməməyə çağırıb.
İsrailin Qəzza, Qüds, İordan çayının qərb sahili və bütün Fələstin ərazilərindəki planlarına qarşı ləyaqətli mövqe tutan fələstinlilərin alqışlandığı bəyanatda, "Bu böyük fədakarlıqlar və möhkəm duruşlar İsrailin işğalçılıq və köçkünlük planlarını alt-üst edib”.
Bəyanatın davamında deyilir:
Xalqımızın fədakarlığının hədər getməyəcəyini, verdiyimiz sözə sadiq qalacağımızı, xalqımızın azadlıq, müstəqillik, öz müqəddəratını təyinetmə hüququ kimi milli hüquqlarından əl çəkməyəcəyimizi vurğulayırıq”.
Trt haber
Selcan Xudiyeva