00:00:00
Yazar
Admin User
30.01.2026 16:15 237 1 dəq oxuma
Yoxdur

"Türkiyə regionda vəziyyətin qarışmasından narahatdır"

"Türkiyə regionda vəziyyətin qarışmasından narahatdır"

"İran və Türkiyə sıx məsləhətləşmələr tarixinə malik iki böyük qonşudur. Biz siyasi, iqtisadi, sosial və mədəni sahələrdə güclü əlaqələr saxlayırıq və regional inkişaflar barədə müntəzəm olaraq məsləhətləşirik",- bunu İranın Xarici İşlər Naziri Abbas Arakçı deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, Türkiyə ilə İran arasında münasibətlərin hazırkı mərhələdə sıx dialoq çərçivəsində inkişaf etməsi ABŞ-nin İrana mümkün müdaxiləsi ilə bağlıdır:

 

"Eyni zamanda, İsrailin planlarının Türkiyənin maraqlarına zidd olduğu da istisna edilmir. Belə mülahizələr var ki, İranın zəiflədilməsi Türkiyəyə qarşı təxribatların başlanmasına zəmin yarada bilər. Türkiyə hazırda ABŞ-nin İrana hərbi müdaxiləsinin qarşısını almağa çalışır. Regionda mövcud güc balansı Türkiyənin xeyrinədir. ABŞ-nin müdaxiləsi və İranın daxilən qarışması bu balansın Vaşinqtonun xeyrinə dəyişməsinə səbəb ola bilər".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər