Türkiyə üçün Ermənistan dost ölkələr sırasında sonuncu yerdədir
Türkiyənin dost və düşmən ölkələrə dair təsəvvürləri hökumətin siyasətindən və dövlət maraqlarından asılı olaraq dəyişir.
“İnformator.az” xəbər verir ki, bu barədə “Yeni Ankara” nəşri yazıb.
Nəşrə görə, “EuroPoll Statistics”in yaxın vaxtlarda apardığı araşdırma göstərib ki, Türkiyə cəmiyyəti hansı ölkələri dost hesab edir. Sorğuda iştirak edənlərə ardıcıllıqla 20 ölkə təqdim olunub və belə sual verilib: “Siz həmin ölkəni Türkiyə üçün dost hesab edirsinizmi?”.
Türkiyəlilər ən müsbət münasibəti Azərbaycana göstəriblər, sorğuda iştirak edənlərin 94,2%-i Azərbaycanı dost ölkə adlandırıb. Ermənistan isə siyahının əks ucunda yer alıb: cəmi 3,3%. Ən çox dost sayılan ölkələr sırasında həmçinin Cənubi Koreya (90%), Yaponiya (89,4%), İtaliya (70,7%) və Rusiya (62,1%) göstərilib.
Ən az dost hesab edilən ölkələr isə İsrail (8,2%), Fransa (9,6%), Böyük Britaniya (11,4%) və ABŞ (17,2%) olub.