00:00:00
Yazar
Admin User
13.09.2023 17:13 338 2 dəq oxuma
Dünya

Türkiyə və ABŞ arasında F-16 məsələsi yenidən gündəmdə

Türkiyə və ABŞ arasında F-16 məsələsi yenidən gündəmdə

Türkiyə və Birləşmiş Ştatlar arasında uzun müddətdir davam edən “F-16” məsələsi G20 sammitindən sonra yenidən gündəmə gəlib. ABŞ hökuməti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 Sammitində ABŞ-ın F-16 döyüş təyyarələrinin Ankaraya satışı ilə bağlı söylədiklərinə cavab verib. ABŞ Dövlət Departamenti İsveçin NATO üzvü olması ilə F-16-ların satışı arasında heç bir əlaqənin olmadığını söyləyib.


“ABŞ ancaq İsveç deyir. Bu yanaşma bizi ciddi şəkildə narahat edir”. Rəcəb Tayyib Ərdoğan G20 Sammitində F-16 satışını bu sözlərlə dəyərləndirib. O, İsveçin NATO-ya üzvlüyünün Parlamentin qərarı olmadan həyata keçirilə bilməyəcəyini “Sizin Konqresiniz varsa, bizim də parlamentimiz də var” söyləməklə Rəsmi Ankaranın mövqeyini təkrar xatırladıb.
 

İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün təkbaşına qərar vermədiyini ifadə edən Ərdoğan bu ölkənin üzərinə düşən vəzifələri yerinə yetirməli olduğunu bildirib.

ABŞ Dövlət Departamentindən Ərdoğanın bu sözlərinə cavab gecikməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Miller "İsveçin NATO ya üzvlüyü ilə F-16-ların Türkiyəyə satışı arasında əlaqə olduğunu düşünmürük" deyə qeyd edib.

ABŞ XİN sözçüsü Metyu Miller bildirib ki, bu məslələr arasında heç bir əlaqənin olmadığını və olmamalı olduğunu düşünürük: “Ancaq daha əvvəl Türkiyə hökumətinə ifadə etdiyimiz kimi, satış ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir. Bu prosesdə tək aktor biz deyilik. İttifaq hökümətin bərabər və azad bir parçasıdır, buna görə də onların verəcəyi qərar da kritikdir”.
 

Türk mətbuatı isə ABŞ-ın F-16ları Ankaraya təhdid kimi irəli sürdüyünü yazır. Bunun ardınca mətbuata açıqlama verən ağ evin sözçüsü Karin Jan Pyer iddiaların əsassız olduğunu bildirib.
Qeyd edək ki, Ərdoğan uzun müddət İsveçin NATO-da iştirakına qarşı olduğunu bildirib. İyul ayında keçirilən NATO sammitində Türkiyə lideri İsveçin alyansa üzvlüyünün təsdiqlənməsi üçün sənədin Böyük Millət Məclisinə göndərəcəyini açıqlamışdı. Ərdoğanın bəyanatından bir gün sonra Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonun Konqreslə məsləhətləşərək Türkiyəyə F-16 döyüş təyyarələrinin satışını irəli sürmək niyyətində olduğunu açıqladı. Bununla belə, həm F-16 təyyarələrinin satışının vaxtı, həm də Türkiyə Böyük Millət Məclisinin İsveçin üzvlüyünə nə vaxt yaşıl işıq yandıracağı qeyri-müəyyən olaraq qalır.

 

Leyla

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər