00:00:00
Yazar
Admin User
04.01.2026 16:59 84 1 dəq oxuma
Siyasət

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalanıb

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalanıb

Türkiyə ilə Azərbaycan arasında 15 il müddətinə təxminən 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan saziş imzalanıb.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, bu, Azərbaycan ilə Türkiyə arasında davam edən qarşılıqlı, faydalı əməkdaşlığın növbəti mərhələsidir:

 

“Yəni təbii ki, Azərbaycan qazının bazarı daim var. Türkiyədə, Avropada, Gürcüstanda da var. İndi yaxın gələcəkdə Ermənistanın da qaz alması gözlənilir. Yəni istənilən halda qardaş ölkə kimi Türkiyə ilə münasibətlərin daha sıx, daha dərin olması təbii ki, hər iki ölkənin faydasınadır. Amma problem də odur ki, Azərbaycanın qaz ehtiyatları o qədər də çox deyil. Ona görə də biz Türkiyəyə ixracatı artırmaqla bağlı öhdəliklər götürürüksə, deməli, ölkə daxilində istehsalımız kəskin artmalıdır və başqa ölkələrə satacağımız qazın həcmində də müəyyən dəyişikliklərə getmək məcburiyyəti yaranacaq. Amma istənilən halda Azərbaycan həm Cənubi Qafqazın, həm də ümumiyyətlə Avropanın çox güvənilən enerji tərəfdaşlarından biri kimi öndədir və Türkiyə ilə də əməkdaşlıq bu anlamda örnək təşkil edə bilər”.

 

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər