00:00:00
Yazar
Admin User
30.12.2025 15:37 89 2 dəq oxuma
Siyasət

Türkiyə və Ermənistan bəzi şəxslər üçün viza sistemini qarşılıqlı olaraq sadələşdirib

Türkiyə və Ermənistan bəzi şəxslər üçün viza sistemini qarşılıqlı olaraq sadələşdirib

 

Türkiyə və Ermənistan diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza prosesini sadələşdirmək qərarına gəliblər.

Bu qərar siyasi dialoqun praktik müstəvidə konkret addımlarla davam etdiyini göstərən mühüm siqnallardan biri kimi qiymətləndirilir. Viza rejimindəki bu yumşalma iqtisadi və humanitar əlaqələrin inkişafı üçün yeni imkanlar formalaşdırır.


Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, viza prosedurunun sadələşdirilməsi turizmdə kütləvi sıçrayış yaratmasa da, qarşılıqlı səfərləri normallaşdıraraq regional etimadın artmasına və əlaqələrin mərhələli şəkildə inkişafına şərait yaradır:

 

“Viza prosedurunun sadələşdirilməsi psixoloji və praktiki baryerləri azaltdığı üçün turizm axınında mülayim, lakin stabil artım yarada bilər. Səyahətlərin planlaşdırma müddəti qısalacaq, rəsmi prosedurlarla bağlı risklər azalacaq və qısa müddətli səfərlər daha cəlbedici olacaq. İlk mərhələdə bu addımın daha çox dövlət və ticarət məqsədli səfərlərə təsir göstərəcəyi gözlənilir.
Bu qərar dərhal kütləvi turizm artımı yaratmasa da, qarşılıqlı səfərlərin normallaşmasına və zamanla artmasına zəmin yarada bilər. Hər bir halda Türkiyə üçün Ermənistan bazarı böyük və yüksək gəlirli turizm bazarı hesab edilmir. Nəzərə alsaq ki, Ermənistan uzun illər bu cür regional layihələrdən özünü təcrid edib, bu əlaqələrin qurulması daha çox erməni xalqının sosial-iqtisadi rifahına xidmət edəcək. Qarşılıqlı etimadın artması gələcəkdə daha geniş viza liberallaşmasına yol aça, birgə turizm layihələri və marşrutlarının formalaşması üçün imkan yarada bilər. Bu proses Cənubi Qafqazın beynəlxalq turizm xəritəsində daha stabil region kimi mövqelənməsinə də töhfə verər. Daha dəqiq desək, turizm təkcə iqtisadi sahə deyil, eyni zamanda yumşaq diplomatiya aləti rolunu oynayır. Bu baxımdan atılan addım yalnız turizm deyil, ümumilikdə regional əlaqələrin normallaşması baxımından da mühüm əhəmiyyət daşıyır”.

 


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər