Türkiyə və Macarıstan arasında 16 müqavilə imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan və Macarıstan Baş naziri Viktor Orbanın Dolmabahçədə keçirilən görüşündən sonra iki ölkə arasında müxtəlif sahələr üzrə 16 əməkdaşlıq müqaviləsi imzalanıb.
Sazişlər iqtisadiyyat, müdafiə sənayesi, hava nəqliyyatı, ali təhsil, elm və texnologiya, sənaye mülkiyyəti, mədəni irsin qorunması, dezinformasiya ilə mübarizə və təhlükəsizlik kimi sahələri əhatə edir.
Türkiyə Sərvət Fondu, Ali Təhsil Şurası, Sənaye və Texnologiya Nazirliyi, Müdafiə Sənayesi Rəhbərliyi, Ticarət Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumlar Macarıstan tərəfi ilə birgə anlaşma memorandumları və çərçivə sazişləri imzalayıb.
Müqavilələr iki ölkə arasında strateji əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
TRT Haber
Aişə Mustafayeva