Türkiyə və Pakistan enerji və mədən sahəsində əməkdaşlığı genişlənd
Türkiyə və Pakistan arasında Pakistanın 3 dəniz və 2 quru sahəsində neft və qaz axtarışı üçün yeni anlaşmalar imzalanıb. TPAO bu sahələrdə Pakistan şirkətləri ilə birgə işləyəcək və 2026-cı ildə seysmik araşdırma və qazma işlərinə başlanacağı bildirilib. Bayraktar, bu əməkdaşlığın iki ölkə arasında enerji sahəsində konkret nəticələr verəcəyini deyib.
Nazir həmçinin bildirib ki, Türkiyə Pakistanda mədən sahəsində də fəaliyyətə başlayacaq və MTAIC ilə Eti Maden yaxın zamanda layihələrə start verəcək. O, ticarət həcmini 5 milyard dollara çatdırmaq üçün enerji və mədən əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
TRT Haber
Mələk Hüseynova