Türkiyə Yunanıstanın Egey Adalarına raket yerləşdirmə planına necə reaksiya verir?
Türkiyə və Yunanıstan arasında 2023-cü ildə başladılan və Afina Bəyannaməsinin imzalanması ilə konkretləşən yumşalma prosesi zaman keçdikcə yerini qarşılıqlı gərginlik dolu açıqlamalara verməyə başlayıb.
Bunun son nümunəsi Yunanıstanın müdafiə naziri Nikos Dendiasın 28 noyabrda etdiyi “Qlobal Perspektivdə Yunanıstan” adlı çıxışı və bu çıxışa Türkiyə Milli Müdafiə Nazirliyi mənbələrinin 4 dekabrda verdiyi cavab olub. Dendiasın çıxışında ön plana çıxan əsas məqam o idi ki, Yunanıstan 1952-ci ildən eyni müdafiə alyansında (NATO) olsa da, ölkəyə qarşı əsas təhdidin məhz NATO üzvü olan Türkiyədən gəldiyini düşünür və bu təhdidə qarşı yeni bir hərbi doktrina hazırladıqlarını bildirib.
Dendiasın sözlərinə görə, Egey dənizinin müdafiəsi artıq yalnız dəniz qüvvələrinin məsuliyyəti altında olmayacaq. “Axilles Qalxanı” adlanan yeni müdafiə xətti çərçivəsində Egey adalarına raket sistemləri yerləşdiriləcək. O qeyd edib ki, “Əslində, Egey dənizi minlərlə olmasa da, adalardakı yüzlərlə adaya yerləşdiriləcək raketlərlə qorunacaq".
BBC NEWS
Səmayə Səftərova