Türkiyədə 4,9 maqnitudada zəlzələ olub
Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ olub.
Bu barədə "İnfotmator.az" yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 21:20-də alınıb. Zəlzələ ocağı 8,5 km. dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf vilayətlərdə hiss olunub.Bu, Balıkesir vilayətində son 4 gündə qeydə alınan 3-cü zəlzələdir. Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudada zəlzələnin baş verdiyini bildirib.