Türkiyədə 500 min sosial mənzil üçün müraciətlər başlayıb
Əsrin Mənzil Layihəsi çərçivəsində 81 əyalətdə tikiləcək 500 min ev üçün müraciətlər bu gün başlayıb. Layihə aztəminatlı vətəndaşlara sərfəli şərtlərlə mənzil sahibi olmaq imkanı verəcək.
Müraciətlər Elektron Hökumət platforması, Ziraat Bankı, Halk Bank və iştirakçı bank filialları vasitəsilə qəbul olunacaq. Şəhid ailələri, veteranlar və əlillər müraciət haqqı ödəmədən müraciət edə bilərlər.
Layihədə xüsusi kvotalar da mövcuddur: şəhid və veteranlar 5%, 3 və daha çox uşağı olan ailələr 10%, pensiyaçılar və gənclər 20%.
Mənzillər 1+1 və 2+1 formatında olacaq, qiymətlər İstanbulda 1,8 milyon lirədən başlayır, ilkin ödəniş 10%, taksitlər 240 ay müddətinə verilir. İlk təhvil 2027-ci ilin martında planlaşdırılır.
Ən çox mənzil tikiləcək şəhərlər: İstanbul, Ankara, İzmir, Bursa və Konya.
TRT Haber
Aişə Mustafayeva