Türkiyədə meşə yanğını başlayıb
Türkiyənin Antalya vilayətinin Qumluca rayonunda meşə yanır.
"İnformator.az" xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 8 yanğınsöndürən maşın və digər lazımi texnikalar cəlb olunub.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.