Türkiyədə Milli Sürətli Qatar Zavodunun tikintisinə start verilib
Sakaryada Milli Elektrik Sürətli Qatar Dəstləri İstehsal və Sınaq Zavodunun tikintisinə başlanılıb. Yeni obyektin illik 3,5 milyard lirə iqtisadi töhfə verəcəyi və 250 nəfərlik məşğulluq yaradacağı bildirilir.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlamasında bildirib ki, təxminən 15 min kvadratmetrlik sahədə inşa olunan zavodda saatda 225 km sürətlə hərəkət edə bilən yerli elektrik sürətli qatarlar istehsal olunacaq.
Zavodun fəaliyyəti nəticəsində yerli istehsal güclənəcək, xarici asılılıq azalacaq və Türkiyənin dəmir yolu sektorunun inkişafına mühüm töhfə veriləcək.
TRT Haber
Aişə Mustafayeva