00:00:00
Yazar
Admin User
24.10.2025 11:38 96 1 dəq oxuma
Dünya

Türkiyədə qayıq batıb

Türkiyədə qayıq batıb

Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

 

Bildirilib ki, hadisə nəticəsində 14 nəfər ölüb.

 

Ərazidəki axtarış-xilasetmə işlərinə 4 Sahil Mühafizə qayığı, Sahil Mühafizə dalğıc qrupu, helikopter və çoxsaylı heyət cəlb olunub.


Məlumata görə, 2 nəfər xidmət əməkdaşları tərəfindən xilas edilib. İtkin düşdüyü ehtimal olunan daha 2 şəxsin axtarış-xilasetmə işləri isə davam edir.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər