00:00:00
Yazar
Admin User
16.10.2025 04:43 136 1 dəq oxuma
Dünya

Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub

Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub

Türkiyənin Muğla şəhərindən Əskişəhərə gəzintiyə gedən liseyin şagirdlərindən 17-si qidadan zəhərlənib.

 

Bu barədə "İnformator.az" yerli mətbuata istinadən xəbər verir.

 

Məlumata görə şagirdlər Kütahyada nahar etdikdən sonra onlarda ürəkbulanma və qusma əlamətləri müşahidə edilib.

 

Zərəçəkənlər Kütahya Şəhər Xəstəxanasına çatdırılıblar. Yaşı 15 və daha yuxarı olan 17 şagird xəstəxanada zəhərlənmə diaqnozu ilə müalicə olunublar.

 

Tələbələrin səhhətinin normal olduğu bildirilir. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər