Türkiyədə ətir fabrikindəki yanğın nəticəsində 6 işçi həlak olub
Türkiyənin Kocaeli vilayətində ətir fabrikində yanğın baş verib.
“İnformator.az” ın “TRT Haber”ə istinadən məlumatına görə, Kocaelinin Dilovası rayonunda baş verən yanğın nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.Şəhər valisi İlhami Aktaşın jurnalistlərə açıqlamasına görə, artıq yanğın söndürülüb.