Türkiyədəki prezident seçkiləri ilə bağlı Azərbaycanda sorğu keçirildi
Azərbaycanda mayın 14-ü Türkiyədə baş tutacaq prezident seçkiləri ilə bağlı sorğu keçirilib.
İNFORMATOR.AZ xəbər verir ki, Azərbaycan Prezidentinin Sosial Araşdırmalar Mərkəzi tərəfindən 16-20 aprel tarixlərində keçirilən sorğuda 64 rayondan 1070 nəfər iştirak edib.
İştirakçıların 90,4 faizi Ərdoğanı, 5,1 faizi Kamal Kılıçdaroğlunu, 0,8 faizi Məhərrəm İncəni, yüzdə 0,1i Sinan Oğanı Türkiyə prezidenti görmək istədiyini bildirib, digərləri isə öz fikirlərini ifadə etməyib.
Qeyd edək ki, sorğu iştirakçılarının 73 faizi sözügedən seçki nəticələrinin Azərbaycan üçün “çox önəmli”, 21,6 faizi isə “vacib” olduğunu düşünür.Digər tərəfdən, iştirakçıların 2,3 faizi seçkinin nəticələrinin ölkəsi üçün “əhəmiyyətsiz” olduğunu dəstəkləyib.
Nigar
