00:00:00
Yazar
Admin User
05.12.2025 17:15 77 1 dəq oxuma
Dünya

Türkiyədəki suriyalılar: Son rəqəmlər nəyi göstərir, yeni dövrdə neçə nəfər geri dönüb?

Türkiyədəki suriyalılar: Son rəqəmlər nəyi göstərir, yeni dövrdə neçə nəfər geri dönüb?

Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayan suriyalıların sayı 2021-ci ildən bəri azalmaqdadır.

 

Daxili İşlər Nazirliyinə tabe olan Miqrasiya İdarəsinin 27 noyabrda yenilədiyi son məlumatlara görə, bu statusla Türkiyədə yaşayan suriyalıların sayı təxminən 2 milyon 370 min nəfərə düşüb. İcazə ilə (yaşayış icazəsi) Türkiyədə yaşayan suriyalıların sayı isə təxminən 76 min nəfər təşkil edir. Suriyada 8 dekabr 2024-cü ildə Bəşər Əsəd hakimiyyətinin devrilməsinin ildönümü yaxınlaşarkən, Türkiyədə yaşayan suriyalılarla bağlı son məlumatlar incələnib. Miqrasiya İdarəsinin məlumatına görə, bu statusdakı suriyalıların sayı 2011–2021-ci illər arasında 2019-cu ildəki kiçik bir azalma dövrü istisna olmaqla davamlı artım göstərib. Bu rəqəm 2021-ci ildə 3 milyon 737 min 369 nəfərlə ən yüksək səviyyəyə çatmışdı. Lakin həmin tarixdən sonra davamlı olaraq azalmağa başlayıb. Miqrasiya İdarəsinin saytındakı ən son məlumat 27 noyabr 2025-ci ilə aiddir.

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər