Türkiyədən Eurofighter hücumu!
Prezident Ərdoğanın Almaniyadan Eurofighter döyüş təyyarələri almaq üçün təyin etdiyi baş müşaviri Akif Çağatay Kılıç bu gün Berlində bir sıra görüşlər keçirib.
Türkiyənin Almaniyadan Eurofighter döyüş təyyarələri almaq istəyi Prezident Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Fridrix Merz arasında dünən keçirilən NATO Liderlər Zirvəsində gündəm mövzularından biri olub.
Bu məsələ ilə bağlı dünənki görüşdən sonra Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç tapşırılıb.
Akif Çağatay Kılıç bu gün Almaniyada bir sıra görüşlər keçirib. Kılıç sosial media hesabında paylaşdığı paylaşımda Berlinə səfəri çərçivəsində dövlət naziri Serap Gülər, Almaniya Federal Məclisinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Armin Laşet və Müdafiə Nazirliyinin parlament dövlət katibi Nils Şmid ilə görüşdüyünü bildirib.
Çox məhsuldar görüşlər keçirdiyini deyən Kılıç, "Görüşlərimizdə ilk olaraq Türkiyə ilə Almaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq, xarici siyasətdəki aktual mövzular, Almaniyada yaşayan türk icmasının problemləri müzakirə olunub"- deyib.
Haber Global
Əminə Əliyeva