00:00:00
Yazar
Admin User
29.10.2025 19:10 184 2 dəq oxuma
Siyasət

Türkiyədən İsrailə çağırış

Türkiyədən İsrailə çağırış

Türkiyə Xarici İşlər Nazirliyi İsraili Qəzza sektorunda atəşkəs rejiminə riayət etməyə çağırıb və bunun bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından həyati əhəmiyyət daşıdığını bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi İlkin Məmmədkərimov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə ilə İsrail arasında münasibətlər çox gərgindir:

 

“Bu bəyanat ümumiyyətlə mənim fikrimcə tamamilə yanlışdır. Türkiyənin siyasətini yanlış qiymətləndirirəm. Çünki Türkiyənin mövqeyi bəllidir: onlar Fələstini və Həmas terrortəşkilatını dəstəkləyirlər. Təəssüf ki, bu baxımdan Türkiyənin siyasətini kökündən yanlış hesab edirəm. Türkiyə ilə İsrail münasibətləri təbii ki, gərgindir. Və cənab Tramp Həmasa əllərində olan əsirlərin, həm ölü əsirlərin, həm də sağ əsirlərin qaytarılması üçün iki gün vaxt verib. Amma bu vaxt başa çatdığı üçün artıq İsrail, haqlı olaraq, qərarlarını icra edir. Bu qərarın da yerində olduğunu düşünürəm. Çünki Türkiyə həm mətbuat, həm də hökumət səviyyəsində İsraili işğalçı və vəhşi kimi göstərməyə çalışır. Amma məsələ belə deyil. Əgər İsrail doğrudan da işğalçı və vəhşi dövlət olsa, müharibə başlamazdan əvvəl 900 mindən çox insanın Qəzzanı tərk etməsinə şərait yaratmaz”.

 

Siyasi şərhçi eyni zamanda qeyd edib ki, Türkiyə bunu anlamalı və İsrailə qarşı mənasız düşmənçilik siyasətinə son qoymalıdır:

 

“Atəşkəs imzalandıqdan sonra da Qəzzanın bir çox hissəsində həyat normala dönüb, bazarlar açılıb, insanlar alış-veriş edir və geri qayıdırlar. Yəni, Qəzzanı tərk edən çoxlu sayda insan geri qayıdır. Bu müharibənin başlıca günahkarı Həmas terror təşkilatıdır. Müharibəyə səbəb olan tərəf də məhz Həmasdır. Onlar ilk olaraq İsrailə hücum edərək 1200-dən çox insanın ölümünə səbəb oldular. Bu günə qədər artıq 70.000-dən çox insan həyatını itirib. Bunun əsas məsuliyyəti Həmasın üzərinə düşür, İsrailin yox. Fikrimcə, Türkiyə bunu anlamalı və İsrailə qarşı mənasız düşmənçilik siyasətinə son qoymalıdır. Çünki bunun heç bir mənası yoxdur. İsrail bu məsələdə zərər çəkmiş tərəfdir, terrora və hücuma məruz qalan tərəfdir, günahkar deyil”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər