Türkiyədən Süleymaniyyəyə uçuşlar bərpa olunur
Dünyanın bütün hava yollarından daha çox ölkəyə uçuşlar həyata keçirən Türk Hava Yolları (THY) İraqın Süleymaniyyə şəhərinə uçuşları bərpa etdiyini açıqlayıb. THY-nin Kommunikasiya Direktoru Yahya Üstün xəbəri sosial şəbəkədə paylaşıb: “Biz bayraq daşıyıcısı olaraq Türkiyəni dünya səmalarında qürurla təmsil etməyə davam edirik”.
Bu vizyona uyğun olaraq, Süleymaniyyə xəttimizi tezliklə yenidən işə salmaqdan məmnunuq. Süleymaniyyəyə həftədə yeddi gün müntəzəm reyslərimizlə İraq və Türkiyə arasında ticarət, mədəni və turistik əlaqələri daha da gücləndirməyi hədəfləyirik. Qonaqlarımızı səmada türk qonaqpərvərliyinin ən yüksək standartlarını yaşamağa dəvət edirik.
Haber Qlobal
Gülay Səlifova