Türkiyədən Yunanıstana keçmək istəyən terrorçular yaxalanıb
Türkiyə Müdafiə Nazirliyi 8-i FETÖ üzvü olan 9 nəfərin Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edərkən yaxalandığını açıqlayıb.
Nazirliyin sosial media hesabındakı bəyanatda aşağıdakı ifadələr yer alıb:
"Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 9 nəfəri sərhəd qoşunlarımız yaxalayıb. Aparılan araşdırmalar nəticəsində tutulan şəxslərdən 8-i müəyyən edilib. FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib”.
Mənbə: TRT Haber
Fidan Fərhadlı
