00:00:00
Yazar
Admin User
31.10.2025 12:05 139 2 dəq oxuma
Siyasət

TÜRKPA koordinasiya qurumu olmağı təklif edir

TÜRKPA koordinasiya qurumu olmağı təklif edir

TÜRKPA türk dövlətləri arasında koordinasiya qurumu olmağı təklif edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Politoloq Abutalıb Səmədov bildirib ki, Türk dövlətləri arasında koordinasiya fəaliyyəti göstərəcək qurumun yaranmasına çox böyük ehtiyac var və bu zərurət uzunmüddətli hiss olunur. Belə bir koordinasiya qurumu kimi TÜRKPA-nın çıxış etməsi həm siyasi baxımdan, həm iqtisadi baxımdan ciddi nəticələr doğura bilər:

 

“İlk növbədə, Türk Dövlətləri Təşkilatının sammitində sammitlərində qəbul olunan qərarların həyata keçirilməsi yanaşmasında mühüm rol oynaya bilər. Yəni türk bu gün daha çox parlamentlərarası dialoq forması kimi çıxış edir. Ancaq əgər bu təşəbbüs reallaşarsa, artıq qəbul olunan qərarların daha çox təminatçısına çevrilə bilər ki, bu da son dərəcə vacib məsələdir. Siyasi baxımdan son dərəcə vacib məsələdir. Siyasi inteqrasiya, təbiidir ki, dərinləşə bilər ki, bu, Türk dövlətləri təşkilatı üçün çox mühüm əhəmiyyətə malikdir. İlk növbədə Şərq Qərb dəhlizinin və onun bir hissəsi olan Zəngəzur dəhlizinin reallaşması üçün daha yüksək səviyyədə səviyyəyə qaldırılması üçün burada daşınan yüklərin həcminin artırılması üçün öz təsirini göstərə bilər. Bu layihələrin maliyyə baxımından təmin olunmasını təşkil edə bilər və təbiidir ki, belə bir təşəbbüsün reallaşması türk dövlətlərini Türk dövlətləri təşkilatını daha da gücləndirər, onu qlobal arenada daha ciddi gücə çevirə bilər. Son görüşdə Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının sammitində Azərbaycan prezidenti təklif etdi ki, təşkilatın birgə təlimləri, hərbi təlimləri keçirilsin. Ancaq bu təşkilata daxil olan dövlətlərin hamısı bu cür qərarların qəbul olunmasına hələ hazır deyil, ehtiyatlanırlar və bunun da təbii ki, əsasları var. Çünki belə addımın atılması Rusiya kimi Çin kimi böyük dövlətləri narazı sala bilər. Türk dövlətləri bununla hesablaşmaq məcburiyyətindədir və belə bir inteqrasiya koordinasiya qurumunun yaranması təbiidir ki, Türk Dövlətləri Təşkilatı təşkilatının daha sıx birləşməsinə, eyni mövqelərdən türk dövlətlərinin eyni mövqedən çıxış etməsinə və böyük siyasi gücə çevrilməsinə gətirib çıxarda bilər və bu da təbiidir. Böyük gücləri razı salmayacaq. Elə bu baxımdan da belə bir koordinasiya qurumunun olmasına ehtiyac var ki, addım addım bu prosesi reallaşdırsın və yaxın gələcəkdə türk dövlət arzulan, Türk dövlətləri təşkilatı arzuladığımız güc mərkəzinə çevrilə bilsin “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər