Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib
Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Mövzu ilə bağlı olaraq politoloq Xəqani Cəfərli "İnformator.az" a açıqlamasında bildirib ki, qanunvericilik sahəsində əməkdaşlıq hər 2 dövlətin marağlarına uyğundur:
" Mərkəzi Asiyanın Türk dövlətləri ilə müqayisədə Tacikistanla Azərbaycanın inkişaf etmiş münasibətləri yoxdur. Bunu iki dövlət arasındakı ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi də sübut edir. Bu mənada Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlişi münasibətlərdə inkişafa təkan verə bilər. Tacikistan və Azərbaycan ikisi də milli dövlət quruculuğu prosesində olan dövlətlər kimi oxşar problem və çağrışlarla üzləşir. Bu mənada qanunvericilik sahəsində əməkdaşlıq hər iki dövlətin maraqlarına uyğundur. Radikal dini təmayüllərin çox güclü olduğu Tacikistanın Azərbaycandan öyrənəcəkləri də çoxdur. Ancaq hər iki dövlətin fərqli regionalrda yerləşməsindən irəli gələn məsələlər var. Fərqli regionlarda yerləşdikləri üçün təhlükəsizlik sahəsində çox ciddi əməkdaşlıq imkanları məhduddur. İnformasiya mübadiləsi, təcrübənin bölüşülməsi kimi əməkdaşlıq mümkün olsa da, çox geniş əməkdaşlıq mümkün deyil. Ümumiyyətlə, bütün dövlətlərlə geniş əməkdaşlıq mümkün deyil".
Arzu Poladova
