00:00:00
Yazar
Admin User
09.12.2025 18:24 119 2 dəq oxuma
Siyasət

Tailand Baş naziri Kamboca ilə danışıqları dayandırıb

Tailand Baş naziri Kamboca ilə danışıqları dayandırıb

Tailandın Baş naziri Anutin Çanvirakun sərhəddə artan gərginlik səbəbilə Kamboca ilə danışıqları tam dayandırdığını bildirib. O, vəziyyətin nizamlanması üçün Kambocanın Tailandın müəyyən etdiyi şərtlərə əməl etməli olduğunu vurğulayıb.

 

Tailand Ordusu son toqquşmalarda bir əsgərin öldüyünü, dördünün yaralandığını açıqlayıb. Kamboca tərəfinin Tailand mövqelərini atəşə tutduğu iddia olunur. Cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi hədəflərinə zərbələr endirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan "İnformator.az"a açıqlamasında  bildirib ki, bu, adi sərhəd toqquşması deyil:

 

"Kamboca və Tailand arasındakı münaqişənin tarixi kökləri var. Əsas problem sərhədlərin delimitasiya olunmamış bəzi hissələri ilə bağlıdır. Bu ərazilərdə qədim məbədlər yerləşir ki, tərəflər onları bölüşə bilmir. Körfəzdə isə neft-qaz ehtiyatlarının olması hər iki ölkəni sahildə də mübarizəyə sövq edir. Bu səbəbdən 2025-ci ildə gərginlik pik həddə çatıb. Bir neçə dəfə şiddətli döyüşlər baş verib. Sonuncu insident isə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə atəşkəslə nəticələnib. Buna baxmayaraq, 2 gün öncə tərəflər yenidən atəşkəsi pozub döyüşlərə başlayıb. Tailand tərəfi bu dəfə problemi kökündən həll etmək istəyir. Düzdür, atəşkəsi Kamboca əsgərlərinin pozduğunu iddia edirlər. Məsələ burasındadır ki, Tailand rəsmiləri beynəlxalq vasitəçilərdən imtina edir və özünün müəyyən etdiyi şərtlərlə dayanacağını deyir. Nəzərə almaq lazımdır ki, Tailand hərbi güc baxımından Kambocadan xeyli üstündür, eyni zamanda daha böyük büdcəyə, daha çox şəxsi heyətə və texnoloji cəhətdən daha inkişaf etmiş hərbi texnikaya malikdir. Belə olan şəraitdə Tailand güc tətbiq etməklə sülhə nail olmaq istəyir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər