00:00:00
Yazar
Admin User
29.11.2025 11:06 77 1 dəq oxuma
Dünya

Tailandda daşqın qurbanlarının sayı 162 nəfərə çatıb

Tailandda daşqın qurbanlarının sayı 162 nəfərə çatıb

Tailandın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.

 

"İnformator.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tailandın Daşqınlarla Mübarizə Mərkəzi məlumat yayıb.

 

Sonqkhla əyalətində 126 nəfər həlak olub.

 

Təbii fəlakət nəticəsində zərər çəkmiş bölgələrdə son bir neçə gün ərzində yağışların dayanması ilə əlaqədar suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Bu isə zərərçəkənlərin təxliyəsinə və axtarış-xilasetmə əməliyyatlarının intensivləşdirilməsinə imkan verib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər