Tanınmış aktyor dünyasını dəyişib
Türkiyəli məşhur aktyor Arif Ərkin Gözəlbəyoğlu 90 yaşında dünyasını dəyişib.
"İnformator.az" "Kult.az"a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Gözəlbəyoğlu “Əcnəbi kürəkən”, “Möhtəşəm yüz il”, “Arxa küçələr”, “Yedditəpə İstanbul”, “Doxsanlar”, “Menecerimə zəng et” və digər məşhur seriallarda rol alıb.