Tanınmış jurnalist əməliyyat olundu, komaya düşdü - FOTO
Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.
Informator.az "Medicina.az"a istinadən məlumat verir ki, jurnalist plastik cərrah Səkinə Xudiyeva tərəfindən 3 dəfə əməliyyat olunub.
Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyəti pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir.
Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.
Qeyd edək ki, S.Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.


