Tapşırıq qüvvəsi İsrailin narahat olmayacağı ölkələrdən təşkil olunmalıdır
ABŞ vitse-prezidenti J.D. Vance’dən dərhal sonra Orta Şərqə gedən Dövlət Katibi Marko Rubio, Qəzza tapşırıq qüvvəsinin tezliklə bir araya gətirilməsini ümid etdiyini bildirib.
Rubio tapşırıq qüvvəsinə hərbçi göndərməyi təklif edən “bir çox ölkə” olduğunu xatırladıb və “Əlbəttə, bu qüvvə İsrailin mövcudluğundan narahat olmayacağı ölkələrdən təşkil olunmalıdır”- deyib.
İsrail Baş naziri Benyamin Netanyahu isə 22 oktyabrda Türk hərbçilərinin Qəzzada xidmət etməsi ehtimalına mənfi yanaşdığını bildirib.
Netanyahu bu açıqlamanı ABŞ vitse-prezidenti J.D. Vance ilə görüşündə verib.
BBC TÜRK
Lalə Qurbanlı