00:00:00
Yazar
Hüseynova Mələk
14.10.2026 19:51 33 2 dəq oxuma
İdman

Tarixi zəfər: "Sabah"dan Liqa mərhələsində ilk qələbə

Tarixi zəfər: "Sabah"dan Liqa mərhələsində ilk qələbə

Azərbaycan təmsilçisi "Sabah" Avropa Liqasında tarix yazaraq özünün ilk qələbəsini qazanıb. Paytaxt klubu azarkeşlərinə unudulmaz gecə yaşatdığı bu qarşılaşmada nümayiş etdirdiyi əzmkar oyunla növbəti mərhələ iddialarını gücləndirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, "Sabah"ın qələbəsi çox gözəl alınıb:

 

“Komanda bu matçda özünü nümayiş etdirib. Bəli, müdafiədə səhvlərimiz var idi, qapımızın önündə rəqibin bir neçə real qol epizodu olub ki, onlardan yararlana bilmədik. Sadəcə təcrübəsizlikdən irəli gələn həyəcan səbəbindən, üçüncü bölgədə, hücum xəttinin zonasında səhvlərə yol verdik. ​Amma buna baxmayaraq, komanda baş məşqçi Valdas Dambrauskasın oyundan əvvəl qurduğu düzgün taktikanın hesabına öz istəyinə nail ola bilib. Birinci hissədə rəqib Çexlər daha yaxşı oynadılar, amma sonradan biz öz taktikamızdan geri dönməyərək, yəni öz əvvəlcədən tapşırılan sistemi dağıtmayaraq intizamlı şəkildə həmin tapşırıqları yerinə yetirdik və qələbə gəlib”.

 

Ekspertin sözlərinə görə, ötən tur "Manchester" səfərində komanda 4 topa məğlub olub və artıq öz azarkeşlərinin göz önündəki ilk çempionlar liqasındakı ilk qarşılaşmada qələbə qazanmaq çox vacib olubçox böyük əhəmiyyət daşıyıb:

 

 

"​Düzdür, qarşıdakı rəqiblər yetərincə güclü, adlı-sanlı rəqiblərdir, onların heç də hamısı ilə belə oynamaq alınmayacaq. Səhvlərimiz, çətinliklərimiz, problemlərimiz var, xüsusilə də orta xətdə müdafiəmizdə problemlərimiz var. Amma ən azı motivasiya baxımından böyük bir təkrar əldə etdik və qarşıdakı matçlarda komanda rəqibin gücünə, kimliyindən asılı olmayaraq daha yaxşı çıxış edəcək, daha əzmkar olacaq və qələbə qazanmağın mümkünlüyünü bilərək daha istəkli olacaqdır". 

 

Xədicə İsmayılova

 

#Sabah #Liqa #Qələbə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər