00:00:00
Yazar
Admin User
13.05.2024 17:56 281 2 dəq oxuma
Dünya

Tarixin ən səs-küylü Eurovision finalı!

Tarixin ən səs-küylü Eurovision finalı!

Bu il sayca 68-ci dəfə keçirilən Eurovision Mahnı Müsabiqəsi rəngarəng və möhtəşəm şoularla yanaşı, etirazlar, polemikalar, diskvalifikasiyalar və sürpriz nəticələrlə yarışma tarixinin ən təlatümlü finalı kimi tarixdə yerini aldı.

 

İsveçrə adından yarışan Nemo İsveçin Malmö şəhərinin ev sahibliyi etdiyi yarışda 591 xalla qalib olub. “The Code” mahnısı ilə birincilik qazanan Nemo rəngarəng xasiyyəti və ifası ilə diqqət çəkib.

 

Əslində finalda 26 ölkə iştirak edəcəkdi, lakin Hollandiya uğrunda mübarizə aparan Joost Kleinin son anda diskvalifikasiyası böyük şok yaratdı.

 

Kleinin "pərdə arxasında baş verən insident səbəbindən" yarışmadan kənarlaşdırıldığı açıqlanıb. Kleinin istehsal qrupunun qadın işçisini təhdid etməsi ilə bağlı araşdırma başladılıb. Digər tərəfdən yarış boyu bütün gözlər israilli müğənni Eden Qolanda idi.

Müğənninin 7 oktyabrda HƏMAS-ın İsrailə hücumlarına aid olduğu düşünülən ilk mahnısı olan "Oktyabr yağışı"nda müsabiqənin təşkilatçıları "siyasi neytrallıq" qaydasını pozduğu üçün qadağan edilib.

 

Aylar əvvəl bir çox ölkələrin etirazına məruz qalan İsrail təmsilçisi Qolan finalda mahnısını ifa edərkən fitə basmaqdan qaça bilməyib. O, Qolan mahnısını ifa edərkən zalda Fələstinə dəstək şüarları səslənib.

Türkiyə bu il bir daha müsabiqəyə qatılmadı, amma Eurovision gündəmində özünə yer tapdı.

 

Müsabiqənin yarımfinalında Sertab Erenerin 21 ildən sonra səhnəyə qayıtması böyük təsir bağışladı. 2003-cü ildə qalib olduğu "Every Way that I Can" mahnısını yenidən Eurovision səhnəsində ifa edən Erener sosial mediada ən çox izlənən və qarşılıqlı təsir bağışlayan ifalardan birini etdi.

 

Mənbə: NTV Haber

Zeynəb Mustafazadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər