00:00:00
Yazar
Güllər Gülhüseynova
23.02.2026 09:43 5 1 dəq oxuma
Dünya

Tatarıstanda sənaye zonasındakı obyektlərə PUA hücumu olub

Tatarıstanda sənaye zonasındakı obyektlərə PUA hücumu olub

Gecə saatlarında naməlum dronlar Rusiyanın Tatarıstan Respublikasına hücum edib.

 

"İnformator.az" xəbər verir ki, əsas neftötürücü stansiyalarından biri olan "Kaleykino" zərbəyə məruz qalıb və onun ərazisində yanğın başlayıb.

 

Magistral boru kəmərləri sisteminə daxil olan "Kaleykino" neftötürücü stansiyası Tatarıstanın neft hasilatı mərkəzi olan Əlmət şəhərində yerləşir.

Əlmət şəhərinin yaxınlığında "Tatneft"in iri istehsal müəssisələri mövcuddur. Məlumata görə, dron zərbəsindən sonra "Kaleykino" stansiyasında güclü yanğın qeydə alınıb. Əlmət rayonu "Dostluq" kəmərinin əsas başlanğıc qovşaqlarından biri hesab olunur.

Əlmət şəhər administrasiyası hadisəni təsdiqləyərək bildirib ki, yanğın sənaye zonası ərazisinə PUA qalıqlarının düşməsi nəticəsində baş verib.

#tatarıstanda #sənaye #azərbaycan #obyektlərə #hücumu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər