Tayland BRİKS-ə üzvlük üçün Hindistana müraciət edib
Tayland qlobal iqtisadi və siyasi əməkdaşlıq formatlarında mövqeyini gücləndirməyə çalışır. Bu məqsədlə ölkə BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaq üçün Hindistana rəsmi müraciət edərək onun dəstəyini istəyib. Yeni addım Bangkokun regional inteqrasiyada daha aktiv rol almaq niyyətini göstərir.
Mövzu ilə bağlı “ İnformator.az”a müsahibəsində siyasi şərhçi, politiloq Oqtay Qasımlı bildirib ki, Tayland cənub-Şərqi Asiyanın önəmli ölkələrindən biridir və bu ölkənin yerləşdiyi coğrafi mövqe həm Hindistan, həm də Çin üçün onu ümumiyyətlə, qlobal güclərin diqqət mərkəzinə çəkir:
“Çünki bu ölkə qeyd etdiyimiz kimi, Cənub Şərqi Asiyada Hind və Sakit Okeanlarının qovuşduğu birləşdiyi bir coğrafi mövqeyini əhatə edir və Taylandın özünü də breksə qoşulmaqla bağlı Hindistandan dəstək istəməsi bu ölkənin Hindistanla münasibətlərinin göstəricisi sayıla bilər. Çünki Tayland da bir formada müəyyən qədər Çinlə məsafəli davranmağa çalışır və breksə üzvlüyü məsələsində əlbəttə ki, Hindistanın dəstəyini alacaqsa Çin də ona qarşı çıxmayacaq. Taylandın üzvlüyü faktiki olaraq Asiya, Asiyanın, Çinin ətrafında, o cümlədən Hindistan da bu kateqoriyaya aiddir. Şərq sivilizasiyasının daha güclənməsi anlamına gələ bilər. Doğrudur, hələlik Avropa İttifaqı və Qərb blokunun ölkələri qədər sıx inteqrasiyaya malik olmasa da ,amma qlobal cənubun əksər ölkələrinin bu formatda birləşməsi onu önəmli bir güc halına gətirir. Taylandın da bura qatılması şübhəsiz ki, bricsə əlavə üstünlüklər və dividendlər gətirir. Amma nəzərə alsaq ki, hazırda həm Qlobal Şərq cənubla şimal arasında müəyyən bir həm də rəqabət mövcuddur və bu rəqabət necə daha kəskin hal ala biləcək deyə düşünürəm. O baxımdan tərəflər daha çox öz ətrafını və çevrəsini genişləndirmək və gücləndirməklə məşğuldurlar. Taylandın da breksə qatılması əvvəlki klip breksin imkanlarını və gücünü artıracaq”.
Ədilə Hüseynzadə