00:00:00
Yazar
Admin User
28.10.2025 17:26 144 2 dəq oxuma
Dünya

Tayland və Kamboca “sülh sazişi” imzalayıb

Tayland və Kamboca “sülh sazişi” imzalayıb

ASEAN sammitində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Tayland və Kamboca “sülh sazişi”ni imzaladılar.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın bu iki ölkə arasında vasitəçilik etməsi, təkcə Taylandla Kambocanı deyil, bütöv regionu, Cənub-Şərqi Asiyanı müharibədən qoruma potensialına malikdir:

 

 

"Tayland ilə Kamboca arasında münaqişənin qədim və ərazi kökləri var. Bu iki ölkənin münasibətləri tarix boyu dəfələrlə müharibə və qarşıdurmalarla müşayiət olunub. Əgər Tramp bu ölkələr arasındakı münasibətləri uzunmüddətli şəkildə tənzimləyə bilsə, bölgəni davamlı və qanlı müharibələrdən xilas edə bilər. Hərçənd bu ölkələr müstəqil görünsə də, Tayland və Kamboca ətraf qonşu dövlətlərlə güclü etnik və tarixi bağlılıqlara malikdir. Tayland dəfələrlə Kambocadan həm ərazi, həm də əhali baxımından böyükdür. Kamboca əhalisinin dil və etnik kökləri isə Vyetnamla daha yaxındır. Bu da o deməkdir ki, münaqişənin davam etdiyi halda Vyetnamın da bu qarşıdurmaya cəlb olunması ehtimalı artır. Tayland əhalisinin təxminən 85%-i tay və laoslardan ibarətdir. Münaqişə dərinləşərsə, qonşu Laosun da bu prosesə qoşulması mümkündür. Taylandda həmçinin sayca çoxlu Çin icması yaşayır. Belə olan halda, müharibənin davamı zamanı yalnız Tayland və Kamboca deyil, digər qonşu ölkələr də müxtəlif formalarda bu münaqişəyə müdaxilə edə bilərlər".

 

 

Müsahib bildirib ki, Tayland və Kamboca arasındakı münaqişə zahirən kiçik bir ərazi və buddist məbədi üzərində olsa da, əslində bu qarşıdurma təkcə bu iki ölkə ilə məhdudlaşmır:

 

 

" Münaqişənin dərinləşməsi, etnik və coğrafi bağlılıqlar səbəbilə Vyetnam, Laos, Çin və Malayziya kimi ölkələri də prosesə cəlb edə bilər. Bu baxımdan, Trampın bu iki ölkə arasında vasitəçilik etməsi, təkcə Taylandla Kambocanı deyil, bütöv regionu, Cənub-Şərqi Asiyanı müharibədən qoruma potensialına malikdir. Çünki burada söhbət bir məbəd və onun ətrafındakı kiçik torpaq sahəsindən getsə də, qarşıdurma onilliklərlə davam edən dərin siyasi və etnik problemlərlə bağlıdır.

May ayında başlayan toqquşmalar hələ də tam səngiməyib və tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir. İyulda əldə edilən razılaşma da uzun sürməyib. Trampın Malaziyada tərəflərlə imzaladığı atəşkəs sazişi regionda sülh üçün əhəmiyyətli bir addım sayılsa da, onun davamlı olacağı hələlik şübhə altındadır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər