Tayvan parlamenti qarışıqdır! Deputatlar bir-biri ilə dava edib
Tayvan parlamentində iqtidar partiyası ilə müxalifət partiyasının deputatları arasında təklif olunan qanuna görə dava düşüb. Millət vəkili təklifin olduğu kağızları götürüb qaçıb. Davadan sonra 5 deputatın xəstəxanaya aparıldığı öyrənilib.
Tayvanda parlamentdə təklif olunan islahatlarla bağlı müzakirələr başlayıb. Əsas müxalifət Millətçi Partiyası (Koumintang/KMT) və Tayvan Xalq Partiyası (TPP) qanun layihəsini deputatlara təqdim edərək, parlamentin hökumət üzərində daha çox nəzarəti əldə etməsinə zəmin yaradıb.
Parlamentdə yalan ifadələr işlətdiyi güman edilən deputatların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qalmaqallı təklif də qanun layihəsində yer alıb. Hakim Demokratik Tərəqqi Partiyasından (DPP) olan deputatların qanun layihəsinə qarşı çıxması ilə parlamentdə qarışıqlıq yaranıb. Deputatların bir-birinə hücumu ilə vəziyyət müharibə zonasına çevrilib.
Deputatların bəziləri stolların üstünə atılaraq bir-birini itələyib, digərləri isə yumruqla vurublar. Dava zamanı DPP-nin deputatı Quo Quowen stolun üstünə çıxıb və qanun layihəsi olan sənədləri götürərək qaçıb. Müzakirələr bir müddət parlamentdən kənarda davam etdi. Qanun layihəsinin müzakirəsinin gecə saatlarına qədər davam edəcəyi öyrənilib.
Mənbə: Hüriyyet
Zeynəb Mustafazadə
