00:00:00
Yazar
Admin User
11.08.2025 14:33 142 1 dəq oxuma
Sosial

TƏBİB açıqlayıb: Bu məlumatlar da elektronlaşdırılıb

TƏBİB açıqlayıb: Bu məlumatlar da elektronlaşdırılıb

İcbari Tibbi Sığortanın, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində “mygov” platformasına xəstəlik tarixçəsi (epikriz) məlumatları inteqrasiya olunub.

 

TƏBİB-dən "İnformator.az"a verilən məlumata görə, vətəndaşlar bu bölmədə anamnestik məlumatlar, müayinələrin nəticələri, diaqnozlar, tətbiq edilmiş müalicə tədbirləri və tibbi tövsiyələrlə tanış ola, həmçinin həmin məlumatları yükləyə bilərlər.

 

Qeyd edək ki, bu məlumata veb sayt üzərindən “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə rahat şəkildə çıxış imkanı mövcuddur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər