00:00:00
Yazar
Admin User
31.05.2025 09:50 130 1 dəq oxuma
Dünya

Tbilisidə FARA modeli

Tbilisidə FARA modeli

Gürcüstanda ABŞ-nin FARA qanununa tam uyğun olan "Xarici agentlərin qeydiyyatı haqqında" qanun qüvvəyə minib.

"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Qanunvericilik bülleteni"ndə xəbər verilib.

Ötən il kütləvi etirazlar fonunda qəbul edilmiş "Xarici təsirin şəffaflığı haqqında" qanundan fərqli olaraq, yeni qanun xarici maraqlara xidmət edən, xaricdən maliyyələşən fiziki və hüquqi şəxslərin "xarici agent" kimi qeydiyyatını tələb edir və bu statusu bildirməyənlər üçün beş ilə qədər həbs cəzası nəzərdə tutur.

Qanuna nəzarəti Gürcüstanın Korrupsiyaya qarşı Mübarizə Bürosu həyata keçirəcək.

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası bildirir ki, bu qanun xaricdən maliyyələşən və ölkədə sabitliyi pozmağa çalışan təşkilatlara qarşı mübarizəni gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, qanun 1 aprel tarixində parlament tərəfindən üçüncü və son oxunuşda qəbul edilib və 60 gün sonra qüvvəyə minib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər