00:00:00
Yazar
Admin User
22.09.2025 16:13 112 1 dəq oxuma
Sosial

Tədris planlarının müasir təhsildə rolu

Tədris planlarının müasir təhsildə rolu

 

Yuxarı siniflərdə tədris planları yalnız dərs cədvəli deyil. Onlar şagirdlərin gündəlik həyatına və gələcək bacarıqlarına yön verən bir çərçivədir. Hər dərs və tapşırıq onların düşünmə, problem həll etmə və əməkdaşlıq qabiliyyətini formalaşdırır.

 

Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov "İnformator.az"a bildirib ki, əslində tədris planı özü inkişaf yaratmır; yaxşı dərs, effektiv dərs, müasir dərs isə şagirdlərin praktiki bacarıqlarını inkişaf etdirir. Tədris planı olmadan isə bu xüsusiyyətlər bir dərsdə müşahidə oluna bilmir:

 

"Yaxşı dərs olması üçün yaxşı plan qurulması vacibdir. Tədris planları ona görə müasirləşməlidir ki, yeni dövrdə müəllimdən dərsi 15–20 dəqiqədə izah etməsi gözlənilmir. Müəllim daha çox fasilitator rolunu oynayır, prosesi icra etməli, izləməli, şagirdlər isə daha fəal iştirak edir, öyrənir və inkişaf edir. Buna bənzər müxtəlif dərs formaları icra olunur. Ona görə də tədris planları dolayısı ilə şagirdlərin praktiki bacarıqlarına təsir göstərir".

 

Ekspert əlavə edib ki, əslində əhəmiyyətsiz fənn yoxdur:

 

"Xüsusilə təbiət fənləri gündəlik həyatın bir hissəsidir. Çünki adından göründüyü kimi fizika, biologiya, kimya bizi əhatə edən dünyadır. Bir növ təbiət fənləridir. Buraya texniki fənlərdən riyaziyyatı da əlavə edə bilərik. Sadəcə əhəmiyyətsiz görünən fənlər var. Amma onlar özlüyündə əhəmiyyətsiz deyil. Musiqi, təsviri incəsənət, texnologiya və s. də gündəlik həyata uyğun praktikaya malikdir".

 

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər