00:00:00
Yazar
Admin User
12.11.2025 04:28 121 1 dəq oxuma
Dünya

TDT Baş katibi təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

TDT Baş katibi təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.

 

"İnformatorlar.az" xəbər verir ki, o, bu barədə "X"də paylaşım edib.

 

"Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğradığını dərin kədərlə öyrəndik. Hazırda axtarış-xilasetmə işləri davam edir. Şəhidlərin ruhuna səmimi dualarımızı çatdırır, ailələrinə, yaxınlarına və qardaş Türkiyə xalqına başsağlığı veririk", - paylaşımda bildirilib.

 

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər