00:00:00
Yazar
Admin User
09.12.2025 17:13 90 2 dəq oxuma
Siyasət

Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

 

İran və Azərbaycan nəqliyyat, maliyyə, energetika, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirə bilərlər. Agentliyin qiymətləndirməsinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi regionda sülh və sabitliyin möhkəmlənməsinə, həmçinin Cənubi Qafqaz regionunda və Xəzəryanı hövzədə strateji münasibətlərin inkişafına töhfə verə bilər.

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, İranın Güney Qafqaz ölkələri ilə əvvəlki kimi güc dili ilə danışmaq imkanları xeyli azalıb:

 

"Azərbaycan və İran arasında son vaxtlar münasibətlər bir qədər istiləşir. Bunun bir neçə səbəbi var. İran artıq əvvəlki İran deyil və əvvəlki təsir imkanlarını, demək olar ki, itirib. Digər tərəfdən, Azərbaycan kifayət qədər güclənib. Üstəlik, hazırda İranda prezident seçilən Məsud Pezeşkiyanın apardığı siyasət də fərqlidir. O, İranın qonşu dövlətlərlə dinc yanaşı yaşamasını, dostluq və əməkdaşlıq etməsini daha doğru sayır və xüsusilə də Azərbaycan və Türkiyə münasibətlərinə xüsusi önəm verir. Məncə, İranın Azərbaycana dəyişən münasibətinin əsas səbəblərindən biri də budur. Digər səbəb bölgədə vəziyyətin dəyişməsidir. Xüsusilə, “Birləşmiş Zəngəzur dəhlizi” gündəmə gəldikdən sonra İranın Güney Qafqaz ölkələri ilə əvvəlki kimi güc dili ilə danışmaq imkanları xeyli azalıb. Həm də bu iki ölkə sadəcə qonşu dövlətlər deyil. Bizi tarixən bağlayan geniş mədəni və tarixi əlaqələr mövcuddur. Üstəlik, bu gün İranda 50 milyondan çox azərbaycanlı yaşayır. Bütün bunlar əməkdaşlığın təbii əsaslarını formalaşdırır və bu əməkdaşlığın dərinləşməsi hər iki dövlətin xeyrinədir".

 

Ekspertin sözlərinə görə, ölkələr arasında bərabərhüquqlu tərəfdaşlıq vacibdir:

 

"Nəzərə alsaq ki, Orta Dəhlizin əhəmiyyətli hissəsi İran ərazisindən keçir və orada tikinti işləri aparılır. Eyni zamanda, Şimal və Cənub nəqliyyat dəhlizi Azərbaycan vasitəsilə İran və Rusiyanı birləşdirir, bütün bunlar münasibətlərin daha yaxın və dinc məcrada inkişafına zəmin yaradır. Bu, ölkələr arasında bərabərhüquqlu tərəfdaşlıq üçün də vacibdir. Düşünürəm ki, İran tərəfi də siyasi, ticari və digər münasibətləri inkişaf etdirməyin, qonşuluq və dostluq əlaqələrini gücləndirməyin daha doğru olduğunun fərqindədir. Bu münasibətlərin normallaşması regiondakı güc balansına da təsir edir. Artıq İran Güney Qafqaz ölkələri, xüsusilə də Azərbaycanla qonşuluq və tərəfdaşlıq imkanlarını, eləcə də bir sıra regional layihələri birgə reallaşdırmaq fürsətlərini itirmək istəmir".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər