Tehrandan açıqlama:
“3+3 çərçivəsi region ölkələri və Cənubi Qafqaz ətrafında məsləhətləşmələr üçün uzunmüddətli çərçivədir”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Diplomat bu formatda region ölkələri arasında bir sıra görüşlərin keçirildiyini xatırladıb.
“Bu, region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək edən regiondaxili mexanizm kimi özünü doğrultmuş mexanizmdir. Bu gün bölgə ölkələri keçmişdə olduğundan daha çox belə qənaətə gəliblər ki, onlar bu mexanizmləri aktiv saxlamalı və mübahisələrin həlli üçün, eləcə də trans-regional aktorların müdaxiləsi və fəaliyyətləri fonunda onların daha səmərəli olmasına çalışmalıdırlar”, - Bəqayi qeyd edib.