Temperatur yüksəldikcə qida zəhərlənmələri də artır
Temperatur yüksəldikcə qida zəhərlənməsi halları xeyli artmağa başlayıb. Əsas ehtiyaclar olan qida və su təmizlik qaydalarına əməl edilmədikdə zərərli mikroorqanizmləri saxlaya bilər və xəstəliklərə səbəb ola bilər.
Qida ilə yoluxan xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “qida və ya su istehlakı nəticəsində yarana bilən yoluxucu və ya zəhərli xəstəlik” kimi müəyyən edib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 600 milyon insan qida zəhərlənməsindən əziyyət çəkir.
Təcili Xidmətdən Dr. Elif Ünüvar hərarət artdıqca qusma və ishaldan şikayətlənən halların çoxunun qida zəhərlənməsi olduğuna diqqət çəkdi. Ünüvar xüsusilə yay aylarında artan qida zəhərlənməsinin qarşısını almaq üçün tətbiq oluna biləcək sadə üsulları izah edib.
Qida zəhərlənməsini mikroorqanizmlər və ya bakterial toksinlər xarab olan qidaların istehlakı nəticəsində yaradır. Bu halların birdən-birə daha çox mədə və bağırsaq sistemi şikayətləri ilə müşayiət olunan simptomlar inkişaf etdiyini qeyd edən Ünüvar onların bəzən ciddi nevroloji vəziyyətlərə, nadir hallarda isə ölümə səbəb ola biləcəyini vurğuladı.
Dr., qida zəhərlənməsinin ayrı-ayrılıqda çirklənmiş qidaları yeyən bir şəxs və ya bir qrup insanı təsir edə biləcəyini söylədi. Elif Ünüvar sözünə belə davam edib: “Qida zəhərlənməsinin ən çox yayılmış səbəblərindən biri viruslar, o cümlədən norovirus və rotaviruslardır. Bakteriyalar arasında Salmonella və Esherichia coli var. Bunun gigiyenik olmayan qida və ya su istehlak edən insanlarda xəstəliyə səbəb olma ehtimalı yüksəkdir".
Qida zəhərlənməsinin ən çox səbəbinin soyuq zəncirləri pozulmuş qidalar və gigiyena qaydalarına riayət edilməməsi olduğunu, qidaların isti temperaturda saxlanılmaması lazım olduğunu bildirən Dr. Elif Ünüvar ümumi simptomların ürəkbulanma və ya kramplar, qarın ağrısı, sulu və ya qanlı ishal və qızdırma olduğunu söylədi. Dr. Elif Ünüvar xəstəliyin 1-3 gün ərzində bitə biləcəyini, nadir də olsa, bakteriya növünə, infeksiyanın şiddətinə və insanın bədəninin müqavimətinə görə bir həftəyə qədər davam edə biləcəyini qeyd edib. Qida zəhərlənməsi əlamətlərinin ən erkən 30 dəqiqə ilə 1 saat içində görülə biləcəyini ifadə edən Dr. Elif Ünüvar qeyd edib ki, 24 saat ərzində 6-dan çox ishal, qusma və ya nəcisdə qan, hərarətin 38,5 dərəcədən yuxarı qalxması, şiddətli qarın ağrısı kimi hallarda vaxt itirmədən səhiyyə müəssisəsinə müraciət etmək lazımdır. Dr əlavə edir ki, nadir də olsa ciddi fəsadlar inkişaf edə bilər. Elif Ünüvar bunun xüsusilə 5 yaşa qədər uşaqlarda, yaşlılarda və immun sistemi zəif olan xəstələrdə ciddi vəziyyətlərlə nəticələnə biləcəyini qeyd etdi.
QİDA ZƏHƏRƏLƏNMƏSİNİN QARŞISINI ALMAQ ÜÇÜN NƏLƏRƏ DİQQƏT YETİRMƏK LAZIMDIR?
Əl gigiyenasına diqqət çəkən Dr. Elif Ünüvar: “Əl gigiyenasını daşıyıcılar və ya xəstə insanlar təmin etməzsə, yeməklər lazımi qaydada yuyulub bişirilməsə, bu mikroblar çox asanlıqla keçə bilər.
Qida zəhərlənməsinin sadə üsullarla qarşısının alına biləcəyini bildirən Dr. Elif Ünüvar edilə biləcəkləri belə sadaladı: “Qida təhlükəsizliyinə diqqət edilməli, içməli suyun təmiz olmasına diqqət edilməli, bişmiş qidaların saxlanmasına diqqət yetirilməli, pasterizə olunmamış və ya yaxşı qaynadılmamış süd və süd məhsulları istifadə edilməməlidir. Meyvə və tərəvəzlər yaxşıca yuyulmadan qəbul edilməməli, ət və dəniz məhsulları yaxşı bişirilmədən qəbul edilməməlidir. Əl gigiyenasına diqqət yetirilməli, istifadə olunan bıçaq və kəsici lövhələr yaxşıca yuyulmalıdır."
Mənbə: Haber Türk
Tərcümə etdi: Aysel Ağakərimova
