Tesla təxminən 13 min avtomobilini geri çağırır
ABŞ-li elektrikli avtomobil istehsalçısı Tesla, batareya paketi hissəsindəki problemə görə təxminən 13 min avtomobilini geri çağırır.
ABŞ Milli Quru Yolu Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) açıqlamasında bildirilib ki, şirkət bəzi 2025 Model 3 və 2026 Model Y avtomobillərini geri çağıracaq.
Açıqlamada qeyd olunub ki, sözügedən avtomobillərin batareya paketi kontaktoru nasazlıq yarada bilər və bu da avtomobilin enerji itirməsinə səbəb ola bilər. Bu hal isə qəza riskini artıra bilər.
Məlumatda, geri çağırmadan 12 min 963 avtomobilin potensial olaraq təsirlənəcəyi vurğulanıb.
Teslanın kontaktorları pulsuz şəkildə dəyişdirəcəyi, avtomobil sahiblərinə bildiriş məktublarının 9 dekabrda göndərilməsinin planlaşdırıldığı da açıqlamada qeyd edilib.
TRT XƏBƏR
Lalə Qurbanlı