00:00:00
Yazar
Admin User
24.10.2025 17:21 121 1 dəq oxuma
Dünya

“Tezliklə Venesuelaya quru əməliyyatı olacaq”

“Tezliklə Venesuelaya quru əməliyyatı olacaq”

ABŞ Prezidenti Donald Trampın “Tezliklə Venesuelaya quru əməliyyatı olacaq” açıqlamasından sonra Prezident Nikolas Maduro hərəkətə keçib. O, ölkə üzrə 72 saat davam edəcək genişmiqyaslı təlimin başladıldığını bildirib. Maduro qeyd edib ki, təlim əsasən Karib dənizi sahillərini əhatə edəcək.

 

Maduro deyib: “Bu təlim 72 saat davam edəcək, çünki bütün nöqtələrin müəyyənləşdirilməsi lazımdır. Lazımi şəxslərlə əlaqə saxladım və ölkənin sahil ərazilərindəki müdafiə nöqtələrinin qorunması üçün bütün hərbi texnikanın dərhal hərəkətə gətirilməsi barədə göstəriş verdim".

 

ABŞ Prezidenti Donald Tramp Venesuelanın “narkotik ticarəti” ilə bağlı fəaliyyətlərindən heç də razı olmadıqlarını və Kariblərdəki narkotik kartellərinə qarşı “mübarizəni” davam etdirəcəklərini vurğulayıb. Tramp dünən gecə verdiyi bəyanatda açıq şəkildə “Tezliklə Venesuelaya quru əməliyyatı olacaq”,- deyib.

 

Tramp, həmçinin, Venesuela hökumətindən də narazı olduqlarını bildirərək, bu ölkənin ABŞ-yə qeyri-qanuni miqrantlar göndərdiyini və keçmiş Prezident Co Bayden administrasiyasının buna bilərəkdən icazə verdiyini iddia edib.

 

Venesuela Prezidenti Maduro isə buna cavab olaraq ölkədə 4,5 milyonluq milis qüvvəsini səfərbər etdiyini və hər hansı hücumu dəf etməyə hazır olduqlarını açıqlayıb.

 

ABŞ-nin Venesuela sahilləri yaxınlığında bəzi gəmiləri “narkotik qaçaqmalçılığı” bəhanəsi ilə hədəfə almaqda davam etməsi, həm Venesuela rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət tərəfindən tənqid edib, edilən hücumların “beynəlxalq hüquqa zidd olduğu” bildirilib.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər